Sankt-Peterburqda avtobusun Moyka çayına düşməsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, yaralananlar var.
Hadisənin şahidləri başlarına gələnləri danışıblar.
Qaziler.az RİA Novosti-yə istinadən xəbər verir ki, Sankt-Peterburqda Moyka çayına düşən avtobusun sərnişini Sankt-Peterburq sakini Aleksandr Tveritnev həyat yoldaşı ilə avtobusda olub. O,baş verənlərdən danışıb.
Onun sözlərinə görə, avtobus çaya düşəndən sonra kabinəyə su dərhal doldurub. “Su dərhal qalxmağa başladı. Dərhal. Əvvəl dizə qədər, sonra da tamamilə doldu”, - deyib.
Tveritnev avtobusun pəncərəsini ayağı ilə sındırmağa çalışsa da buna nail olmayıb.
Bundan sonra o, tutacaqlardan tutaraq irəliləməyə başlayıb. Tveritnev qeyd edib ki, ətrafı qaranlıq olduğundan, oriyentasiyasını itirib. “Sonra kəskin işıq yandı – məni çıxardılar... Huşsuz idim, məni çıxarıb orada olan qayığa mindirdilər”, - dedi.
Xatırladaq ki, ki, avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 7-ə çatıb. Bu barədə İstintaq Komitəsi özünün Telegram kanalında məlumat yayıb.
Daha əvvəl 3 nəfərin öldüyü barədə məlumat yayılmışdı. Daha 4 nəfər kliniki ölüm vəziyyətində reanimasiyada olub.
Xilasedicilər mayın 10-da axşam saatlarında hadisə yerində işlərin başa çatdığını elan ediblər.
İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin işin istintaqını şəxsi nəzarətinə götürüb.
Mayın 10-da günorta saatlarında avtobus Sankt-Peterburqun mərkəzində çaya düşüb. İlkin məlumata görə, avtobus sürücüsü idarəetməni itirib.
Sürücü saxlanılıb.
QAZİLER.AZ