Ermənistanda internet fırıldaqçıları 260 min dollardan çox pul oğurladılar

Ermənistanda internet fırıldaqçıları 260 min dollardan çox pul oğurladılar backend

Ermənistanda internet fırıldaqçıları vətəndaşlardan 102 milyon dram (təxminən 260 min dollar) oğurlayıblar.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

İstintaq müəyyən edib ki, həbsdə olan və cinayət işində iştirak etmiş 36 yaşlı Tavuş sakini 38 yaşlı İrəvan sakini ilə birgə internet vasitəsilə külli miqdarda vəsait oğurlayıb.

O cümlədən 2020-ci ildə həmin şəxs sosial şəbəkədə müxtəlif profillər yaradıb, digər istifadəçilərə “IDram” elektron pul kisələrinin qeydiyyata alınmasında “kömək” təklif edib. O, “bonuslar” təklif etməklə istifadəçiləri qeydiyyatdan keçərkən parolları ona verməyə inandırıb. Bundan sonra o, bank və kredit təşkilatlarından şəbəkə istifadəçilərinin adına onlayn kreditlər rəsmiləşdirib və vəsaitləri mənimsəyib.

Ümumilikdə 152 oğurluq hadisəsi müəyyən edilib.

 

 

Diaspora