Rusiya paytaxtının Babuşkinski rayonunun bələdiyyə deputatı Anastasiya Demina mənzilində ölü tapılıb.
Qaziler.az bildirir ki, bu barədə mayın 8-də “İzvestiya”nın mənbəsi məlumat verib.
Deputatın cəsədini onun bacısı mənzildə aşkar edib.
İlkin müəyyən edilib ki, 42 yaşlı qadın kəskin ürək çatışmazlığından dünyasını dəyişib. Mənbə əlavə edib ki, Demina çiynini sındırdıqdan sonra şiddətli ağrılardan əziyyət çəkib və son vaxtlar çoxlu ağrıkəsici qəbul edirdi.
Polis qadının ölümünü araşdırır.
Deminanın əri, deputat Valeri Demin həyat yoldaşının ölümünü VKontakte səhifəsində bildirib.
Demina 2017-ci ildən Moskvanın Şimal-Şərqi İnzibati Dairəsinin Rostokino rayonunda “Vahid Rusiya” partiyasının yerli şöbəsinin icraçı katibi vəzifəsində çalışıb.
QAZİLER,AZ