Türkiyədə 3 vilayətdə PKK/KCK əməliyyatı: 10 nəfər saxlanılıb

Türkiyədə 3 vilayətdə PKK/KCK əməliyyatı:  10 nəfər saxlanılıb backend

Terror təşkilatı PKK/KCK-ya qarşı Eskişehir mərkəzli 3 vilayətdə keçirilən əməliyyatda 10 şübhəli saxlanılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Eskişehir Respublika Prokurorluğunun koordinasiyasında, Vilayət Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə və Kəşfiyyat Şöbə Müdirlikləri terror təşkilatı PKK/KCK-nın təbliğatını apardıqları müəyyən edilən şəxslərin tutulması üçün əməliyyata başlayıb.

 Eskişehir, Van və Biləcikdə göstərilən ünvanlarda eyni vaxtda keçirilən əməliyyat nəticəsində 10 şübhəli yaxalanıb.

Ünvanlarda aparılan axtarışlar zamanı rəqəmsal materiallar ələ keçirilib.

Şübhəlilərin istintaqı davam edir.

QAZİLER.AZ

Diaspora