Kreml xarici qoşunların Ukraynaya göndərilməsi ilə bağlı petisiyaya münasibət bildirib

Kreml xarici qoşunların Ukraynaya göndərilməsi ilə bağlı petisiyaya münasibət bildirib backend

Ukraynaya xarici qoşunların göndərilməsi ilə bağlı petisiya təxribatdır.

Qaziler.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

“Biz dəfələrlə demişik ki, NATO ölkələrinin hərbçiləri tərəfindən bu münaqişəyə yerlərdə birbaşa müdaxilə potensial olaraq böyük təhlükə yaradır”, - deyə Peskov bildirib .

Kremlin sözçüsü petisiyanı son dərəcə təhlükəli təxribat adlandırıb.

Bundan əvvəl, mayın 7-də Ukraynada xarici liderləri öz qoşunlarını ölkəyə göndərməyə çağırmaq təklifi ilə petisiya peyda olduğu bildirilmişdi. Müraciət müəllifi “mümkün qədər tez” Avropa Birliyinə üzv olan dövlətlərin hər birindən kömək istəmək barədə qərar qəbul etməyi xahiş edir.

Petisiyanın ölkə prezidenti tərəfindən baxılması üçün 25 min səs toplaması lazımdır.

QAZİLER.AZ

 

Diaspora