Mayın 11-də Tbilisidə üç yerdə aksiya keçirilməsi planlaşdırılır

Mayın 11-də Tbilisidə üç yerdə aksiya keçirilməsi planlaşdırılır backend

Mayın 11-də Tbilisidə üç yerdə “Avropa marşı”nın keçirilməsi planlaşdırılır. O cümlədən, yürüş iştirakçıları paytaxtın üç yerində: Respublika meydanı, Marcanişvili meydanı və metronun 300 Araqvintsev stansiyasında toplaşaraq, oradan Avropa meydanı istiqamətində yürüş edəcəklər.

Qaziler.az bildirir ki, bu barədə "Qruziya-onlayn" yazıb.

Təşkilatçılar bildiriblər ki, “Avropa Marşı” hər üç yerdə eyni vaxtda saat 19:00-da başlayacaq.

“Avropa marşı” – Avropa Həftəsi çərçivəsində. 11 may saat 19:00-da 3 məkanda görüşürük: Respublika meydanı; Marcanişvili meydanı; metro stansiyası 300 Aragvintsev.

Biz eyni vaxtda hər üç yerdən Avropa meydanına keçib birləşəcəyik. Avropaya bəli! Rusiya qanunlarına yox!” deyə təşkilatçılar tərəfindən yayılan məlumatda deyilir.

QAZİLER.AZ

Diaspora