Türkiyənin pilotsuz hava hücumundan müdafiə vasitələri arasında əhəmiyyətli yerə sahib olan “Bayraktar Akıncı” hücum pilotsuz uçuş aparatı dənizdə hərəkət edən və sabit hədəflərə qarşı atış sınaqlarını uğurla başa vurub.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı görüntüləri “Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktar sosial şəbəkə hesabından paylaşıb.
O bildirib ki, test zamanı PUA milli elektron-optik sistem və yerli mini “ağıllı” sursatlardan istifadə edib.
Xatırladaq ki, “Akıncı” bundan əvvəl “Roketsan” şirkətinin istehsalı olan “İHA-122” səsdən sürətli raketinin, həmçinin “Çakır” qanadlı raketinin atış sınağını müvəffəqiyyətlə başa vurub.