Mayın 8-nə keçən gecə Rusiya işğaıçıları müxtəlif növ raketlər və dronlarla birgə hücuma keçdilər. Ümumilikdə, Rusiya Federasiyası 76 hava hücumu silahı - 55 raket və 21 hücum pilotsuz təyyarəsi buraxdı.
Qaziler.az bildirir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk bildirib.
Onun sözlərinə görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən düşmənin 59 hava hədəfi məhv edilib:
33 ədəd Kh-101/Kh-555 qanadlı raketləri;
dörd Kalibr qanadlı raketi;
iki X-59/X-69 idarə olunan təyyarə raketi;
Şahed-131/136 tipli 20 hücum pilotsuz təyyarəsi.
Öz növbəsində prezident Vladimir Zelenski İkinci Dünya Müharibəsində Anım və Nasizm üzərində Qələbə Günündə Rusiya Federasiyasının Ukraynaya kütləvi raket zərbəsinə münasibətini bildirib.
"Bütün dünya kimin kim olduğunu aydın şəkildə başa düşməlidir. Bütün dünyanın nasizmə bir daha şans verməyə haqqı yoxdur", - deyib.
QAZİLER.AZ