Rusiyalı terrorçular əsasən gecə saatlarında hücum etməyə çalışırlar. Ancaq indi gecələr qısadır və hava da Ukrayna tərəfdədir.
Qaziler.az bildirir ki, bu barədə telemarafonun efirində Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi İlya Yevlaş deyib.
Yevlaşın dediyinə görə, terrorçuların əsas taktikası müxtəlif intervallarda PUA-ları işə salmaqdır. Eyni zamanda, düşmən tam miqyaslı müharibənin 3-cü ili üçün orijinal bir şey ortaya qoymaq iqtidarında deyil. Bütün pilotsuz təyyarələr ruiyalıslar tərəfindən proqramlaşdırılıb və onlar ilk öncə əvvəlki hücumlar zamanı əldə etdikləri təcrübəni öyrənib təhlil edirlər.
“Onlar gecələr hücum etməyə çalışırlar, amma günlər uzandığından, belə dronlardan istifadə etmək üçün vaxt azdır, indi hava da bizim tərəfimizdə olacaq”, - deyə Yevlaş əlavə edib.
QAZİLER.AZ