Təkbətək görüşdə Özəl Ərdoğana nə təklif edib?

Təkbətək görüşdə Özəl Ərdoğana nə təklif edib? backend

CHP lideri Özgür Özəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yeni nazirlik yaradılması ilə bağlı təklif edib.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə partiya sədri özü açıqlama verib.

“Mən cənab Ərdoğana təklif etdim ki, zəlzələ ilə bağlı nazirlik yaratsın. Onun adı birbaşa Zəlzələ Nazirliyi və yaxud Təbii Fəlakətlərlə Mübarizə və Zəlzələyə Hazırlıq Nazirliyi də ola bilər. Cənab prezident bunu diqqətlə izlədi və qeydlər apardı. Bildiyiniz kimi, Konstitusiyaya uyğun olaraq yeni nazirliklərin yaradılması onun səlahiyyətindədir. Onun hansı addımı atacağını bilmirəm. Mən nazirliyin yaradılmasını istəyərdim. Hətta təklif edilsə, sözügedən nazirliyə partiyamızdan nazir müavini də təyin edərdim”, - Ö.Özəl bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və CHP sədri Özgür Özəl arasında təkbətək görüş baş tutub.

 

 

Diaspora