Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm” backend

“Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu ziyarət edən müxalifət lideri Özgür Özəllə görüşdən sonra deyib.

“Cənab Özələ dedim ki, ilk fürsətdə cavab səfəri edəcəyəm. İstəyirəm ki, ilk fürsətdə bu səfəri həyata keçirim və Türkiyədə siyasətin yumşalma prosesinə başlayaq”, - deyə Ərdoğan bildirib.

Ölkə liderinin sözlərinə görə, Türkiyənin buna ehtiyacı var.

Ərdoğan dünən uzun müddətdən sonra ilk dəfə Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Özellə qapalı görüş keçirib. Türkiyə prezidentinin sözlərinə görə, ölkə siyasəti daha ​​yumşaq dövrə daxil olub. (oxu.az)

Mənbə: TRT Haber

Diaspora