Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Tbilisidə “xarici agentlər haqqında” qanuna qarşı keçirilən etiraz aksiyalarını və baş nazir İrakli Kobaxidzenin ABŞ-ın qanunvericilik təşəbbüsünü geri götürmək çağırışlarına cavabını şərh edir:
“Hakimiyyətə üsyan edən xalq deyil, xalqa üsyan edən hakimiyyətdir!
Prezident olduğum müddətdə ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyası imzalandı, lakin dünən hökumət faktiki olaraq onu ləğv etdi”, - Mixail Saakaşvili Facebook sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze sosial şəbəkədə ABŞ Dövlət Departamentinin rəhbərinin baş siyasət müşaviri Derek Çolletlə söhbətindən danışıb.
“Derek Şolle ilə danışdım və keçmiş ABŞ səfirinin dəstəklədiyi və xaricdən maliyyələşən QHT-lər vasitəsilə həyata keçirilən 2020-2023-cü illərdə iki inqilab cəhdindən səmimi məyusluğumu bildirdim. Əgər bu cəhdlər uğurlu olsaydı, Gürcüstanda ikinci cəbhə xətti açılardı”, - Gürcüstanın baş naziri yazıb.
Gürcüstan müxalifətinin bir hissəsi İrakli Kobaxidzenin bəyanatını “xəyanətkar mesaj” adlandırır.
QAZİLER.AZ