44 günlük müharibə Ermənistan Respublikasının vətəndaşı, sonra isə baş prokuror kimi mənim üçün ən ciddi və qəddar bir dərs oldu.
Qaziler.az “Nyus.am”a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş prokuroru Anna Vardapetyan mayın 3-də Baş Prokurorluğun 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.
Baş prokuror bu dərsdən üç mühüm nəticənin çıxarıldığını qeyd edib.
“İlk növbədə, hərbi prokurorluğa gəldikdə, hazırda ciddi kadr və peşəkar proseslər gedir. Mən və hərbi prokurorluq mütəmadi olaraq hərbi hissələrdə oluruq. Məqsədimiz orduda şəxsiyyətlərarası münasibətlərə görə cinayət trayektoriyasının formalaşmasının qarşısını almaqdır”, - Vardapetyan bildirib.
QAZİLER.AZ