Türkiyənin Antalya vilayətinin Manavqat bölgəsində iki safari cipinin toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə mayın 2-də Haberimizvar.net xəbər saytı məlumat yayıb.
Hadisə yerli vaxtla təxminən saat 10:30-da baş verib. Toqquşmadan sonra tur şirkətinə məxsus avtomobillərdən biri beton dirəyə çırpılaraq yan üstə çevrilib.
Ölənlər arasında 7 və 11 yaşlı iki uşaq da var. Ciplər britaniyalı və irlandiyalı turistləri də daşıyırdı. Yaralılar xəstəxanaya yerləşdirilib. Zərərçəkmişlərdən birinin sağlamlıq vəziyyəti ağır qiymətləndirilir, digərlərinin həyatı üçün təhlükə yoxdur.
Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.
QAZİLER.AZ