Şırnakda terror əməliyyatı: 10 nəfər saxlanılıb

Şırnakda terror əməliyyatı: 10 nəfər saxlanılıb backend

Türkiyənin Şırnak şəhərində terror təşkilatı PKK-nın şəhər strukturu YPS-ə qarşı keçirilən əməliyyatda 10 nəfər saxlanılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Şırnak vilayət jandarma komandanlığı kəşfiyyat və terrorla mübarizə şöbə müdirliyi qruplarının birgə əməliyyatı ilə terror təşkilatı PKK-nın şəhər strukturu olan Özünümüdafiə və YPS adlanan qruplara qarşı əməliyyat keçirilib.

10 ünvanda eyni vaxtda həyata keçirilən əməliyyatda separatçı terror təşkilatının şəhərlərdəki sözdə şəhər şurası strukturunda iştirak edən 10 şübhəli yaxalanıb.

Jandarmada əməliyyatları tamamlanan şübhəlilər ədliyyəyə sövq edilib.

QAZİLER.AZ

 

Diaspora