İstanbulun Esenyurt rayonunda narkotik əməliyyatı zamanı polisdən qaçmağa çalışan şəxs 5-ci mərtəbədən atılaraq ağır yaralanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Esenyurt Koza səmtində 11 mərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzildə narkotik satmaqda şübhəli bilinən şəxslərin olduğunu müəyyən edən polis əməliyyat keçirib.
Polisin gəldiyini anlayan İran əsilli şübhəli M.E polisdən qaçmaq üçün evin pəncərəsindən atılıb.
Hadisə yerinə çağırılan təcili yardım briqadası İran əsilli M.E.-ni xəstəxanaya aparıb.
M.E.-nin həyatının hələ də təhlükədə olduğu bildirilir.
Evdə olan daha 1 şübhəli saxlanılıb.
Araşdırma aparılır.
QAZİLER.AZ