Rusiya ordusu mayın 9-dək Çasov Yarı ələ keçirə bilməyəcək - Ukrayna

Rusiya ordusu mayın 9-dək Çasov Yarı ələ keçirə bilməyəcək -  Ukrayna backend

Rusiya işğalçı qüvvələri mayın 9-da müqəddəs tarixə qədər Donetsk vilayətindəki Çasov Yarı ələ keçirə bilməyəcək. İşğalçılar artıq bütün imkanlarını bu istiqamətə atıblar.

Qaziler.az bildirir ki, bu barədə telemarafon zamanı Roman Daşkeviç adına 26-cı artilleriya briqadasının mətbuat xidmətinin əməkdaşı Oleq Kalaşnikov deyib.

“Onlar artıq başlarından yuxarı tullana bilmirlər, yəni artıq bütün resursları bizim istiqamətimizə yerləşdiriblər, zəifliyimizi tapmaq və müdafiəmizi yarmaq üçün əllərindən gələni edirlər”.

Oleq Kalaşnikov əmin olduğunu bildirib ki, rusiyalılar onlar üçün önəmli tarix olan 9 maya qədər Çasov Yarı şəhərini tuta bilməyəcəklər.

“Növbəti önəmli tarixə qədər daha artığını edə bilməyəcəklər, ümumiyyətlə, heç nə edə bilməyəcəklər və onlar (ruslar - red.) yenidən yeni tarix fikirləşib, son tarixləri təxirə salmalı olacaqlar. Həmin müddəti təxirə salırlar ki, onların elektoratı nəsə gözləsin”, - deyə Ukrayna Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib.

QAZİLER.AZ

Diaspora