Volqoqradda Ukraynada döyüşən rusiyalı əsgərlərin məzarları təhqir edilib

Volqoqradda Ukraynada döyüşən rusiyalı əsgərlərin məzarları təhqir edilib backend

Rusiyanın Volqoqrad şəhərində gənc oğlan və qız xüsusi hərbi əməliyyat (Ukraynadakı müharibə-red.) iştirakçılarının məzarlarını təhqir ediblər.

Qaziler.az bildirir ki, bu barədə “Ritual Patrul” Telegram kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Verxnezareçenskoye qəbiristanlığında vandalizm aktını 16-18 yaşlı qız və onun 23-25 ​​yaşlı sevgilisi törədib. Cütlük xaçları sındırıb, bayraqları yıxıb və çələngləri tapdalayıb.

Qəbiristanlıq işçilərinin gəldiyini görən gənclər qaçıblar. Rusiyalı qadın saxlanılıb.

Fövqəladə hallar xidmətindəki mənbə V1.ru portalına insident faktını təsdiqləyib.

İkinci vandalın hələ də axtarışı davam etdirilir. 

QAZİLER.AZ

Diaspora