Türkiyədə təcili yardım maşını avtomobillə toqquşub: 6 yaralı

Türkiyədə təcili yardım maşını avtomobillə toqquşub: 6 yaralı backend

Türkiyənin Elazığ şəhərində təcili tibbi yardım maşını ilə yüngül ticari avtomobilin toqquşması nəticəsində 1-i ağır olmaqla 1-i polis, 1 tibb işçisi və 1 xəstə olmaqla 6 nəfər yaralanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Elazığda Elazığ-Diyarbəkir yolunun 25-ci kilometrliyində idarə etdiyi yüngül ticari avtomobil idarəetmədən çıxıb və  qarşı zolağa keçərək təcili yardım maşını ilə toqquşub.

Qəzada 2 polis, 2 tibb işçisi və təcili yardımda olan xəstə ilə yüngül ticari avtomobilin sürücüsü D.M. yaralanmışdı.

Xəbər verildikdən sonra hadisə yerinə 112 Təcili Tibbi Yardım, polis və xilasetmə briqadaları göndərilib.

Yüngül ticari avtomobildə sıxışan D.M xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.

Yaralılar sağlamlıq qrupları tərəfindən şəhərdəki xəstəxanalara aparılıb.

QAZİLER.AZ

Diaspora