İkinci Dünya Müharibəsi veteranlarının portretləri olan ilk avtobuslar Moskvada reysə çıxdı - VİDEO

İkinci Dünya Müharibəsi veteranlarının portretləri olan ilk avtobuslar Moskvada reysə çıxdı - VİDEO backend

Moskvada İkinci Dünya Müharibəsi veteranlarının portretləri olan ilk sərnişin avtobusları reysə çıxıb.

Qaziler.az bildirir ki, bu avtobuslardan birinin sürücüsü Sergey adlı şəxs mayın 1-də keçirilən aksiya barədə “İzvestiya”ya danışıb.

Mayın 1-dən 12-dək “Yaddaş qalereyası” formatında “Ölməz alay” ümumrusiya tədbiri keçirilir. Belə ki, İkinci Dünya Müharibəsi iştirakçılarının yaxınları veteranların fotolarını ictimai nəqliyyatda yerləşdirirlər.

“Aksiya gənclərimizdə, uşaqlarda vətənpərvərlik hisslərini aşılayır. Bu aksiya qəhrəmanlarımızın xatirəsinə sadiq qalmağın sübutudur. İkinci Dünya Müharibəsi veteranlarımızın, o cümlədən babamın, eləcə də Moskva vilayətindən hərbi xidmətə çağırılmış digər veteranların fotoşəkillərini əlavə edəcəyik. Biz onu asacağıq ki, insanlar görsün, bilsin və hiss etsin”, – Sergey deyib.

Həmin şəxs müharibədə iştirak etmiş babası Panteley Lavrinenkonun hekayəsini də bölüşüb.

“Müharibəyə Qafqazın müdafiəsindən başlayan və Berlinə qədər gedən babamı göstərəcəyəm. Üç dəfə yaralanmışdı, çoxlu orden və medalları vardır. Mayın 9-da qələbədən sonra o, Sovet-Yapon müharibəsinə göndərilib. Oradan bir il sonra, mayın 9-dan sonra sağ-salamat qayıdıb”, – sürücü əlavə edib.

QAZİLER.AZ

Diaspora