Gürcüstan DİN müxalifət liderinin döyülməsinə münasibət bildirib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, qurumun nümayəndəsi Aleksandre Darakvelidze ana müxalifət partuyası olan Vahid Milli Hərəkatın sədri Levan Xabeişvilinin polis kordonunu yarmağa cəhd etdiyini, polisə müqavimət göstərdiyini və bu zaman yaralandığını bildirib.
Qeyd edək ki, Xabeişvilinn burun sümüyü sınıb, gözü zədələnib. O hazırda xəstəxanadadır. Partiyasından onun aksiya zamanı qaçırıldığı bildirilib.
***
02:30
Gürcüstanın ana müxalifət partiyası olan Vahid Milli Hərəkatın (VMH) sədri Levan Xabeişvili etiraz aksiyası zamanı döyülüb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Xabeişvili tibb müəssisəsindən paylaşdığı qısa videoda bildirib.
Üzü tanınmaz hala düşmüş Xabeişvili xüsusi təyinatlı polislər tərəfindən döyüldüyünü deyib.
Bir qədər əvvəl VMH Xabeişvilinin oğurlanması barədə məlumat yayıb.