Türkiyə daxili işlər naziri Ali Yerlikaya 12 vilayətdə terror təşkilatı İŞİD-ə qarşı keçirilən “Bozdoğan-34” əməliyyatlarında 41 şübhəlinin ələ keçirildiyini açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, nazir Yerlikaya sosial media hesabında etdiyi paylaşımda, Təhlükəsizlik Kəşfiyyat Baş İdarəsi və Terrorla Mübarizə İdarəsinin koordinasiyasında; Təhlükəsizlik Müdirlərinin Bolu, Əskişəhər, İstanbul, Kırıkkale, Kilis, Kocaeli, Nevşehir, Sakarya, Qaziantep, Şanlıurfa, Düzce və Manisa da daxil olmaqla 12 əyalətdə İŞİD terror təşkilatına qarşı əməliyyatlar keçirdiyini bildirib.
Yerlikaya, əməliyyat çərçivəsində Boluda 5, Əskişəhərdə 1, İstanbulda 10, Kırıkkaledə 5, Kilisdə 5, Kocaelidə 4, Nevşehirdə 3, Sakaryada 1, Qaziantepdə 1, Şanlıurfada 1 əməliyyat keçirib 3-ü Düzcə, 1-i Düzcə, 2-si Manisada olmaqla, ümumilikdə 41 DEAŞ terror təşkilatı üzvünün ələ keçirildiyini bildirib.
QAZİLER.AZ