Ulan-Udedəki yanğını söndürmək üçün FHN-nin kifayət qədər qüvvəsi yoxdur - VİDEO

Ulan-Udedəki yanğını söndürmək üçün FHN-nin kifayət qədər qüvvəsi yoxdur - VİDEO backend

Ulan-Udenin özəl sektorundakı yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin kifayət qədər qüvvələri yoxdu.

Qaziler.az bildirir ki,  bu barədə aprelin 30-da "İzvestiya"ya baş verənlərin şahidi bildirib.

Yerli sakinlər əllərində kürək və dırmıqlarla yanğının yayılmasının qarşısını almağa çalışırlar.

“Külək gücləndiyi üçün vəziyyət daha da pisləşir. Təəssüf ki, xilasedicilər kifayət qədər deyil. Bütün yerli sakinlər əllərində dırmıq və kürəklə çölə çıxıb, onu söndürməyə çalışırdılar”.

Qadın hadisə yerində kifayət qədər yanğınsöndürən maşın olmadığını vurğulayıb. Əsən güclü külək yanğının söndürülməsinə mane olur. 

Buryatiyanın paytaxtında yanğın 20 yaşayış binasına və yardımçı tikililərə keçib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerində 70-dən çox canlı qüvvə və 19 texnika işləyir.

QAZİLER.AZ

Diaspora