Rusiyanın Buryatiya respublikasında qasırğa səbəbindən sürətlə yayılan güclü meşə yanğını başlayıb. Artıq alov Ulan-Udeyə (Buryatiyanın paytaxtı) çatıb.
Qaziler.az bildirir ki, bu barədə Baza məlumat yayıb.
Telegram kanalının məlumatına görə, hazırda Buryatiyada 100 hektardan çox meşə yanır.
Güclü külək artıq Ulan-Udedə yanğına səbəb olub və şəhərətrafı ərazilərdəki binalara keçib.
Yerli sakinlər qeyd edirlər ki, xüsusən də yaşayış binaları yanır. Lakin hakimiyyət bunu etiraf etmir və yalnız “qeyri-yaşayış binalarının” alov aldığını iddia edir.
Ulan-Udedə indiyədək 5 yanğın hadisəsi qeydə alınıb. Bunun fonunda yerli hakimiyyət evakuasiya elan edib. Qasırğa vəziyyəti daha da pisləşdirir.
QAZİLER.AZ