Afyonkarahisar, Nevşehir, Malatya və İzmir mərkəzləri olan 23 vilayətdə təşkil edilən "Sibergöz-36" əməliyyatlarında 109 şübhəli tutulub.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, qanunsuz mərc oyunları təşkil edənlərin və informasiya sistemlərindən istifadə edərək fırıldaqçılıq edənlərin arxasınca getdiklərini ifadə edib.
"Onların dayanmasına imkan verməyəcəyik. Kiber cinayətlərə və cinayətkarllığa qarşı mübarizəmiz əzmlə davam edəcək. Əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm”, -deyib.
Əməliyyatlar nəticəsində ilkin təsbitlərə görə, 116 bank, elektron pul və kripto varlıq xidmət təminatçısı hesabı, çoxlu sayda rəqəmsal material, külli miqdarda xarici valyuta və türk lirəsi, ümumilikdə 52 milyon lirəlik daşınar/ aşınmaz əmlakı, o cümlədən 10 avtomobil, 2 villa/mənzil, 5 torpaq sahəsi müsadirə edilib.
QAZİLER.AZ