Gürcüstan parlamentində deputat həmkarına butulka atıb - VİDEO

Gürcüstan parlamentində deputat həmkarına butulka atıb - VİDEO backend

Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi xarici agentlər haqqında qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, müzakirə qızğın keçib, sənəd 10 saata yaxın müzakirə olunub, 14 müxalifətçi deputat isə zaldan çıxarılıb. Deputat Xatiya Dekanoidze həmkarı Quram Maçaraşviliyə butulka atıb.

Sabah qanun layihəsi plenar iclasa çıxarılmalıdır. Üçüncü və son dinləmə mayın 17-nə təyin edilib. Bu təşəbbüsə fəallar, müxalifət və prezident Salome Zurabişvili qarşı çıxır. Onlar bunu Avropa İttifaqına gedən yolda təhlükə kimi görür və oxşar qanunun tətbiq olunduğu Rusiyanın təcrübəsini təkrarlamaq istəmirlər.

QAZİLER.AZ parlamentin iclasından görüntüləri təqdim edir:

Diaspora