Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopman aprelin 30-dan mayın 4-dək Cənubi Qafqaz ölkələrində səfərdə olacaq.
Bu barədə Ermənistan KİV-i Avropa İttifaqının İrəvandakı nümayəndəliyinə istinadən məlumat yayıb.
Məlumata görə, Baş direktor aprelin 30-da Ermənistana, daha sonra Gürcüstan və Azərbaycana səfər edəcək.
"Səfərin məqsədi ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə etmək, həmçinin yeni təşəbbüslərlə çıxış etməkdir”, - nümayəndəlikdən bildirilib.
Report.az