Rusiyanın paytaxtı Moskvada 2021-ci il təvəllüdlü oğlan 12-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən yıxılıb. Uşaq xəstəxanaya yerləşdirilib.
Qaziler.az bildirir ki, bu barədə aprelin 29-da şəhər prokurorluğunun rəsmi Telegram kanalında məlumat verilib.
Qeyd olunur ki, hadisə şəhərin Cənub-Şərq inzibati rayonu ərazisində, Novoçerkasski bulvarında baş verib. Hadisə baş verən zaman uşağın anası başqa otaqda olub.
Prokurorluq valideynlərin nəzərinə çatdırıb ki, uşaqları pəncərələri açıq olan otaqlarda və ya uşağın özü aça bilməsi ehtimalı varsa, tək buraxmaq olmaz.
QAZİLER.AZ