Sankt-Peterburqda təqaüdçü metro sərnişininə yumruqla hücum edib.
Qaziler.az bildirir ki, bu barədə “İzvestiya”nın mənbəsi məlumat verib.
Qeyd olunur ki, hadisə aprelin 28-də "Aleksandr Nevski meydanı - 1" stansiyasında baş verib.
Təqaüdçü saxlanılıb.
“66 yaşlı sakin 37 yaşlı sərnişinə hücum edərək, onun üzünə yumruqla vurub, həmçinin nalayiq ifadələr işlədib”, - mənbə bildirib.
QAZİLER.AZ