Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb.
QAZİLER.AZ APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keceli xəbər verib.
Bildirilib ki, səfər hər iki tərəf üçün əlverişli vaxtda baş tutacaq.
“Prezidentimizin ABŞ-yə mayın 9-na planlaşdırılan səfəri qrafik uyğun olması səbəbindən hər iki tərəf üçün əlverişli tarixə təxirə salındı. Səfərin hazırlanması məqsədilə Türkiyə ilə ABŞ arasında yüksək səviyyəli dialoq davam etdiriləcək", - diplomat bildirib.