Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin sözlərinə görə, hakim komanda “əks istiqamətdə viza liberallaşdırılmasına keçib”.
Qaziler.az Gürcüstan mətbuatına istinadən bildirir ki, bu barədə Saakaşvili Facebook sosial şəbəkəsində yazır.
“Viza liberallaşdırılmasına biz başladıq, lakin onlar hamı kimi bunda da əks istiqamətə getdilər”.
Məlumat üçün bildirək ki, Avropa Parlamenti dünən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə dair qətnamə qəbul edib. Həmin qətnamədə digər məsələlərlə yanaşı, Gürcüstanın Aİ ilə vizasız rejiminə yenidən baxılmasından danışılır.
QAZİLER.AZ