İranda PUA-nın avtomobilə hücumu nəticəsində 2 nəfər həlak olub

İranda PUA-nın avtomobilə hücumu nəticəsində 2 nəfər həlak olub backend

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri tərəfindən silahlı pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 2 nəfərin həlak olduğu bildirilib.

QAZİLER.AZ  bildirir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, vilayətin “Şuru” bölgəsində “terror təşkilatı” üzvlərinə məxsus avtomobil təhlükəsizlik qüvvələri tərəfindən PUA ilə hədəfə alınıb.

Hücumda 2 nəfərin öldüyü bildirilərkən, “terrorçu” adlandırılan şəxslərin hansı təşkilata mənsub olduğu bildirilməyib.

İranın cənub-şərqində Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyaləti vaxtaşırı silahlı və bombalı hücumlar təşkil edən “Ceyşul Ədl” adlı təşkilatın hücumlarına məruz qalıb.

QAZİLER.AZ

Diaspora