İstanbulda qəza törədən yol polisi həlak oldu

İstanbulda qəza törədən yol polisi həlak oldu backend

İstanbulun Ümraniye rayonunda motosikletli yol polisi vəzifəsini yerinə yetirərkən yol qəzası nəticəsində şəhid olub.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Elmalıkent rayonunda motosikletlə hərəkət edən yol polisi əməkdaşı Emrah Büke maşını idarə edərkən əvvəlcə səkiyə çırpılıb, nəqliyyat vasitəsi daha sonra aşıb.

Hadisə yerinə polis və təcili yardım briqadası gəlib.

İlk tibbi yardımdan sonra  yaralı polis Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

"Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, Bükenin həyatını  xilas etmək mümkün olmayıb və şəhid olub", - məlumatda deyilir.

QAZİLER.AZ

Diaspora