Bəli, bizə Avropa lazımdır, amma Avropanın bizə heç də az ehtiyacı yoxdur - Kaladze

Bəli, bizə Avropa lazımdır, amma Avropanın bizə heç də az ehtiyacı yoxdur - Kaladze backend

"Bəli, bizə Avropa lazımdır, amma Avropanın da bizə ehtiyacı var, çünki bizim agentokratiya ilə mübarizədə böyük təcrübəmiz var”. 

Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze partiya ofisində keçirdiyi brifinqdə deyib.

Kaladzenin sözlərinə görə, “Gürcü arzusu” hökuməti üçün prioritet Gürcüstanın suverenliyidir.

“Yaxın keçmişdə biz ölkəni xarici qüvvələrin idarə etdiyi marionetlərdən azad etdik və avropalı həmkarlarımıza da kömək edəcəyik ki, onlar da Avropa strukturlarını və Avropa ideyasını dəyərdən salan agentlərin hökmranlığından qurtula bilsinlər. Hökumətimiz üçün prioritet Gürcüstanın suverenliyi, ölkəmizdə əmin-amanlıq və hər bir vətəndaşın rifahının qayğısıdır. Öncə Gürcüstan!” - Kaxa Kaladze deyib.

QAZİLER.AZ
 

 

Diaspora