Ukrayna Rusiyaya aparılan 561 uşağın siyahısını Qətərə verib

Ukrayna Rusiyaya aparılan 561 uşağın siyahısını Qətərə verib backend

Ukrayna Qətərə Rusiya hərbçilərinin qanunsuz yollarla Rusiyaya apardığı 561 uşağın adı olan siyahını verib. Artıq bunun üzərində Rusiya tərəfi iş aparılır.

Qaziler.az bildirir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə səlahiyyətlisiı Dmitri Lubinets Teleqramda yazıb.

"Biz Qətərə 561 ukraynalı uşağın adı olan siyahı verdik", - Lubinets yazıb.

Onun sözlərinə görə, iki gün ərzində Qətərdə aparılan danışıqlardan sonra artıq bir sıra nəticələr var:

Bir qrup ukraynalı uşağın vətənə dönəcəyi gözlənilir. Təfərrüatlar hələlik açıqlanmayıb.

Oğurlanmış 561 ukraynalı uşağın siyahısı Qətərə ötürülüb. Artıq bunun üzərində Rusiya tərəfi iş aparılır.

Biz “status” adlandırılan uşaqların: yetimlərin, valideyn himayəsindən məhrum olmuş uşaqların qaytarılmasını müzakirə etdik.

QAZİLER.AZ

 

Diaspora