İstanbulda yol çökdü çuxura düşən nəqliyyat vasitələri "xilas edildi" - FOTO

İstanbulda yol çökdü çuxura düşən nəqliyyat vasitələri "xilas edildi" -  FOTO backend

İstanbulun Şişli rayonunda yolun çökməsi nəticəsində xəndəyə düşən avtomobil və mikroavtobus kran tərəfindən xilas edilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, şəhərin Fulya Mahallesi Yeşilçimen küçəsində naməlum səbəbdən yolda çökmə baş verib. Bu vaxt park edilmiş avtomobil və mikroavtobus çuxura düşüb.

Ətrafdakı vətəndaşların xəbəri üzərinə hadisə yerinə polis və bələdiyyə qrupları sövq edilib.

Xilasedicilərin səyi nəticəsində minik avtomobili və mikroavtobus kranın köməyi ilə olduqları yerdən çıxarılıb.

QAZİLER.AZ

 

Diaspora