İrana gedən magistral yolu bağlayan erməni etirazçılar saxlanılıblar

İrana gedən magistral yolu bağlayan erməni etirazçılar saxlanılıblar backend

Ermənistan polisi İrana gedən avtomobil yolunu bağlayan Ararat bölgəsinin sakinlərini saxlamağa başlayıb.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, etirazçılar respublikanın Azərbaycanla sərhədinin birtərəfli delimitasiyasına son qoymağı tələb ediblər.

Aksiya başlayandan bir neçə dəqiqə sonra polis aksiyaların keçirildiyi yerə gəlib. Hüquq-mühafizə orqanları əməkdaşları ilə fəallar arasında baş verən münaqişədən sonra bir neçə vətəndaş saxlanılıb. Tavuş rayonunun dörd sərhəd kəndi Azərbaycan tərəfinə qaytarıldığından etirazçılar delimitasiyaya qarşıdırlar.

QAZİLER.AZ

Diaspora