Türkiyədə mikroavtobus ilə avtomobil toqquşub: 7 yaralı

Türkiyədə mikroavtobus ilə avtomobil toqquşub: 7 yaralı backend

Türkiyənin Siirt şəhərində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Siirtdə Tahsin A.-nın idarə etdiyi avtomobil Siirt-Kurtalan avtomobil yolunun Universitet qovşağında əks istiqamətdən gələn şəhər sərnişin mikroavtobusu ilə toqquşub.

Qəzada nəqliyyat vasitələrində olan 7 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım briqadası gedib.

Yaralılar təcili yardımla Siirt Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

QAZİLER.AZ

Diaspora