İrəvanda qondarma “erməni soyqırımı qurbanları”nın xatirəsinə ənənəvi məşəl yürüşü keçirilib.
“Daşnaksütyun” partiyası tərəfindən təşkil edilən yürüşdən əvvəl Respublika meydanında mitinq baş tutub. Mitinqdə müxalif siyasi qüvvələrin nümayəndələri, o cümlədən eks-prezident, Ermənistanın Respublika Partiyasının sədri Serj Sarkisyan da iştirak edib.
Mitinqin sonunda toplaşanlar Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.