Ukrayna Silahlı Qüvvələri cəbhənin bütün əsas nöqtələrində gücləndiriləcək. Bu xüsusilə Donetsk vilayətinə aiddir.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Prezidentin sözlərinə görə, bu gün o, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ilə danışıb.
Onlar cəbhənin əsas nöqtələrində Ukrayna əsgərlərinin gücləndirilməsi imkanlarını müzakirə ediblər.
"Və indi xüsusi diqqət Donetsk bölgəsinə yönəlib", - o, bildirib.
Lakin Ukrayna prezidenti əlavə heç bir detal açıqlamayıb. Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsinin konkret nədən ibarət olacağı da hələlik bəlli deyil.
QAZİLER.AZ