Ermənistanda etirazçılar Yerevan-Sevan yolunu bağlayıblar

Ermənistanda etirazçılar Yerevan-Sevan yolunu  bağlayıblar backend

Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına qarşı çıxan etirazçılar Yerevan-Sevan avtomobil yolunu bağlayıblar.

Qaziler.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, sərhədin delimitasiyası sərhədyanı ərazilərin Bakıya verilməsini nəzərdə tutur.

“İrəvan-Sevan magistral yolu indi bağlıdır, etirazçılar Tavuşdakı etirazlara qoşulublar”, - məlumatda deyilir.

Qeyd edilib ki, aprelin 19-da Bakı və İrəvan Tavuş vilayətində delimitasiyanın birinci mərhələsinə dair razılığa gəliblər. Tərəflər razılaşıblar ki, bütün proses 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq. Ölkələr həmçinin iyulun 1-dək delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə layihəsi üzrə razılığı tamamlamaq barədə razılığa da gəliblər. Məsələnin müzakirəsinə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev sədrlik edib.

QAZİLER.AZ

Diaspora