Ermənistan heç vaxt Qərbdən uzaq olmayıb. Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş ölkənin əvvəlki hakimiyyət orqanları tərəfindən imzalanıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
O, İrəvanın demokratiya sahəsində əldə etdiyi nailiyyətlərin Avropa İttifaqı ilə əlaqələrin dərinləşməsinə töhfə verdiyini vurğulayıb. O, 2018-ci ildən sonra Ermənistan üçün demokratiyanın bir anlıq dəyər deyil, strategiya olduğunu vurğulayıb.
QAZİLER.AZ