“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edən tələbələr Tbilisidə Rustaveli prospektini bağlayıblar.
Qaziler.az Gürcüstan mətbuatına istinadən bildirir ki, hazırda Rustaveli prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bundan əvvəl tələbələr Tbilisi Dövlət Universitetindən parlamentə yürüş təşkil edib, daha sonra aksiya iştirakçılarının sözlərinə görə, Rusiya institutunun “Ənənəvi dəyərlər” forumunun keçirildiyi "Tiflis Palace" otelinə gəlib.
Tələbələrin sözlərinə görə, hakimiyyət “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini geri götürənə qədər aksiyalar davam edəcək.
Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də səs-küylü komitə və sessiya müzakirələrindən sonra “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.
QAZİLER.AZ