“Ermənistan sırf müdafiə tipli silahlar əldə edir”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu respublikanın baş naziri Nikol Paşinyan deyib.
Ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanla Azərbaycan arasında danışıqların necə getdiyini açıqlayıb. Kreml nümayəndəsi xatırladıb ki, Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası üzrə danışıqları davam etdirirlər. Peskov qeyd edib ki, bəzi məsələlər artıq razılaşdırılıb.
Qeyd edək ki, bundan əvvəl Paşinyan Azərbaycanla sərhəddə əldə olunan razılaşmaları nailiyyət adlandırıb. Onun sözlərinə görə, bu, Ermənistan tərəfi üçün “çox vacib” və “əhəmiyyətli” nailiyyətdir.
QAZİLER.AZ