Belqorod və Belqorod vilayətində raket xəbərdarlığı sirenası işə salınıb.
Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, aprelin 22-də vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
“Evdəsinizsə, pəncərələrə yaxınlaşmayın. Möhkəm divarları olan pəncərəsiz otaqlara (koridor, hamam, tualet) sığınmaq lazımdır”, - o, Telegram kanalında yazıb.
Əgər küçədəsinizsə, sığınacaq və ya başqa təhlükəsiz yerə getməlisiniz, deyə qubernator əlavə edib.
QAZİLER.AZ