Rusiyalı voleybolçu Arina Mixaylina 21 yaşında vəfat edib. Bu barədə aprelin 22-də Ümumrusiya Voleybol Federasiyası öz saytında məlumat yayıb.
“Dünən axşam saatlarında, 22 yaşında “Zareçye-Odintsovo” çimərlik klubunun voleybolçusu qəflətən dünyasını dəyişib”, – mesajda deyilir.
Qızın ölüm səbəbi dəqiqləşdirilməyib. Mixailina Rusiya çempionatının qalibi və ölkənin gənclər komandasının oyunçusu olub.