Türkiyənin Adana şəhərində mikroavtobus dərəyə aşaraq yanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 18 nəfər yaralanıb.
Karaisalı rayonu, Gildirli məhəlləsində sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan mikroavtobus uçuruma aşaraq yanıb.
Hadisə yerinə polis, təcili yardım briqadası və xilasetmə qrupları gəlib. Yanğın Adana Böyükşəhər Bələdiyyəsi xilasetmə qruplarının işi ilə söndürülüb.
Sağlamlıq qrupları mikroavtobusda olan 3 adamın həyatını itirdiyini təyin etdi. Yaralılardan 7-si uşaq olmaqla 18 nəfər qrupların ilk müdaxiləsindən sonra xəstəxanalara aparılıb.
QAZİLER.AZ