Türkiyədə narkotik vasitələrin satışında şübhəli bilinən 200-ə yaxın şəxs saxlanılıb

Türkiyədə narkotik vasitələrin satışında şübhəli bilinən 200-ə yaxın şəxs saxlanılıb backend

Türkiyə Daxili Işlər Nazirliyinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat həyata keçiriblər.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, “Narkoçelik-13” əməliyyatının eyni zamanda ölkənin bütün vilayətlərində keçirildiyini bildirən daxili işlər naziri Ali Yerlikaya narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 194 şəxsin saxlanıldığını açıqlayıb.

“Əməliyyat-axtarış tədbirləri nəticəsində 81 vilayətdə ümumi çəkisi 451 kiloqram olan narkotik maddə aşkarlanaraq götürülüb. Cəmiyyətimizin, xüsusilə də gənclərimizin gələcəyini zəhərləyən cinayətkar şəbəkələrlə amansız mübarizəmiz davam edəcək. Növbəti əməliyyatlar sağlam gələcək naminə daha da genişmiqyaslı olacaq”, - deyə nazir sosial şəbəkə hesabında yazıb.

 

 

Diaspora