Pəncərədən çıxarılaraq xəstəxanaya yerləşdirilən 300 kiloqram çəkisi olan şəxs öldü

Pəncərədən çıxarılaraq xəstəxanaya yerləşdirilən 300 kiloqram çəkisi olan şəxs öldü backend

Aprelin 11-də Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən 300 kiloqram ağırlığına görə pəncərədən döşəklə çıxarılaraq xəstəxanaya yerləşdirilən moskvalı reanimasiyada dünyasını dəyişib.

Qaziler.az bildirir ki, bu barədə aprelin 19-da yerli KİV məlumat yayıb.

Həmin şəxs aprelin 17-də dünyasını dəyişib. 54 yaşlı xəstəyə ürək problemi diaqnozu qoyulub. Həkimlərin onun həyatı üçün mübarizə aparmasına baxmayaraq, vəziyyəti getdikcə pisləşib.

Bundan əvvəl bildirilib ki, xəstəxanaya yerləşdirilən gün təcili tibbi yardım həkimləri onu xərəkdə mənzildən çıxara bilmədiklərinə görə xilasediciləri çağırıblar. Moskvalının mənzili birinci mərtəbədə olub. Kişinin təxliyəsində azı 7 nəfər iştirak edib.

Xəstəni evdən çıxarmaq üçün pəncərənin barmaqlıqlarını kəsmək və xəstəxanaya çatdırılma zamanı qaldırıcısı olan xüsusi avtomobildən istifadə etmək lazım gəlib.

Həmin şəxsin qonşuları “İzvestiya”ya bildiriblər ki, onu sonuncu dəfə 10 il əvvəl görüblər. Onların sözlərinə görə, o, taksi sürücüsü işləyib, lakin sonradan evdən çıxmayıb.

QAZİLER.AZ

Diaspora