Dneprdə matəm elan edildi

Dneprdə matəm elan edildi backend

Ukraynanın Dnepr şəhərində Rusiyanın raket hücumu nəticəsində həlak olanlara görə matəm elan edilib.

Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, aprelin 20-si Dneprdə Rusiyanın bu gün şəhərə hücumu nəticəsində həlak olanlar üçün matəm günü elan edilib.

Bunu Dnepr meri Boris Filatov Teleqramda yazıb.

“Aprelin 19-da Rusiya Federasiyasının Dneprdə və regionda raket hücumu nəticəsində baş vermiş faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək məqsədilə aprelin 20-si Dnepr şəhərində matəm günü elan edilsin”. Filatovun əmrində deyilir.

Əsasən, Dneprdə dövlət bayraqları şəhər şurasının binasında, kommunal xidmət binalarının, meriyanın idarə və müəssisələrinin binalarında endiriləcək.

QAZİLER.AZ

Diaspora